“Barselona” Messiyə qiymət qoydu

14:00 30-08-2020 617

“Barselona” Lionel Messini İngiltərənin “Mançester Siti” klubuna satmağa hazırdır. 

Bu iddia ilə “Mirror” çıxış edib.

Bildirilib ki, Kataloniya təmsilçisi 33 yaşlı hücumçunu satmaq üçün “şəhərlilər”dən 280 milyon avro istəyir.

Bundan əlavə, argentinalı forvardın üstündə əlavə vəsait verilməklə başqa bir oyunçu ilə dəyişdirilməsi mümkündür.  

Qeyd edək ki, Messi hazırkı klubundan ayrılmaq istədiyini bildirmişdi. Onu heyətinə cəlb etmək üçün  İtaliya təmsilçiləri “İnter” və “Yuventus”, həmçinin Fransa klubu PSJ də var.