Özbəkistanda minimal əmək haqqı 25 dollara çatdı

01:20 14-10-2018 22
loading...

Noyabrın 1-dən etibarən Özbəkistanda minimal əmək haqqı 10% artırılacaq və 202 min soma (təqribən 25 dollar) çatacaq.

HerGun.Az xəbər verir ki, Özbəkistan prezidentinin müvafiq Fərmanı Milli İnformasiya Agentliyinin saytında dərc edilib.

Sənədin mətninə əsasən, noyabrın 1-dən etibarən həmçinin əlillər, təqaüdçülər və əmək faəliyyətinə qadir olmayan vətəndaşlara ödəniləcək təqaüd və müavinətlərin də məbləği təyin olunub.