Nəhəng şar uşağı havaya qaldırdı - VİDEO

03:40 31-08-2020 464

Tayvanın Sindju şəhərində ilan formalı hava şarına ilişən uşaq xilas edilib. 

Bu barədə “Assaciated Press” məlumat verib.

Bildirilib ki, uçurtma festivalı zamanı üç yaşlı qız təsadüfən narıncı ilan formalı şara ilişərək bir neçə metr yüksəkliyə qalxıb. İştirakçıların sayıqlığı nəticəsində hadisə itkisiz ötüşüb.