Ağdamda ağır qəza: Ölən və yaralananlar var - FOTO

14:40 01-05-2021 393

Ağdamda ağır yol nəqliyyat hadisəsi baş verib.

Trend-in məlumatına görə, Ağdamın Quzanlı qəsəbəsində “Infiniti” və “Mercedes” markalı avtomobillərin toqquşması nəticəsində ağır qəza baş verib.

Qəza nəticəsində 1980-ci il təvəllüdlü Hüseynov Kamil Cabiroğlu dünyasını dəyişib. 1991-ci il təcəllüdlü Şükürov Mobil Vidadioğlu, 1997-ci il təvəllüdlü Şükürova Nuranə Budaq qızı yaralanıb.