Berlində zibil qutuları yandırıldı, polislər arasında xəsarət alanlar var - VİDEO

08:40 02-05-2021 439

Berlində keçirilən 1 May nümayişində üç polis əməkdaşı xəsarət alıb.

Bu barədə Berlin polisinin mətbuat xidməti öz rəsmi “Twitter” səhifəsində məlumat yayıb.

Bir qrup etirazçı şəhərdə zibil qutularını yandırıb, ticarət və digər obyektlərə müxtəlif dərəcədə zərər vuraraq polisə müxtəlif əşyalar atıblar.

Polis nümayişçilərə qarşı gözyaşardıcı qaz bombasından istifadə edib, küçələrdə quraşdırılan barikadaları söküb.