Prezident məktəb təmirinə beş milyon manat ayırdı
17:54 11-02-2019 6

Prezident İlham Əliyev 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.
Müvafiq sənədi AZƏRTAC dərc edib.
Sərəncama əsasən, 2 saylı Sumqayıt şəhər xəstəxanasının əsaslı təmiri və zəruri tibbi avadanlıqlarla təchiz edilməsi məqsədilə Səhiyyə Nazirliyinə ilkin olaraq beş milyon manat ayrılsın.
Maliyyə Nazirliyinə sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.