Rustavi maşın bazarında yanğın, 20-yə yaxın avtomobil külə dönüb

16:20 06-06-2021 405

Gürcüstanın Rustavi şəhərində yerləşən avtomobil bazarında yanğın olub.

“Report” xəbər verir ki, yaxınlıqdakı qida obyektində baş verən yanğın bazardakı nəqliyyat vasitələrinə keçib.

Əraziyə yanğınsöndürənlər cəlb olunub. Yanğın artıq lokallaşdırılıb.

İlkin məlumatlara əsasən, xəsarət alan yoxdur.

Hadisə zamanı 20-yə yaxın avtomobilin yandığı bildirilir.