Bakıda üçmərtəbəli evdə yanğın, bir nəfər xilas edildi

20:20 06-06-2021 358

Bakı şəhərinin Binəqədi rayonunda üçmərtəbəli evdə yanğın olub.

Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Bildirilib ki, ümumi sahəsi 618 kvadrat metr olan (hər mərtəbəsi 206 ) üçmərtəbəli evin ikinci mərtəbəsində pəncərə altlığı 0,5 kvadrat metr sahədə və bir ədəd kondisioner, üçüncü mərtəbəsində ayrı-ayrı otaqlarda 6 kvadrat metr sahədə məişət əşyaları yanıb.

Yanğın zamanı yanğınsöndürənlər tərəfindən bir nəfər xilas olunub.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın söndürülüb.