Türkiyə milli pilotsuz uçuş aparatını təqdim edəcək - VİDEO

09:18 12-02-2019 5

Türkiyə Aviasiya və Kosmik Sənaye Qapalı Səhmdar Cəmiyyəti ANKA pilotsuz uçuş aparatı layihəsini tamamlayıb. 

Haberturk.com-un məlumatına görə, ANKA-nın son sınaqları həyata keçirilir və aparat martda Türkiyədə təqdim ediləcək. 

Aparat kəşfiyyat, müşahidə və döyüş vəzifələrini həyata keçirəcək. 750 kiloqramdan artıq yük daşıya bilən PUA 6100-7600 metr məsafəni qət edə və 24 saat havada qala bilir. 

ANKA pilotsuz uçuş aparatı Türkiyənin milli imkanları hesabına hazırladığı “PD 170” tipli iki motorla təchiz edilib. 

Elektro-optik və geniş müşahidə kameraları, rabitə kəşfiyyat sensorları kimi yükləri müxtəlif kombinasiyaları daşımaq imkanlarına sahib olan aparat TÜRKSAT peyki üzərindən nəzarət vasitəsilə genişmiqyaslı əməliyyatlarda istifadə ediləcək.

Samir İsayev

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar