Devid Bekhem qızının yeni fotosunu paylaşdı – FOTO

06:20 07-06-2021 562

Tanınmış futbolçu Devid Bekhem dörd uşaq atasıdır. Onun Viktoriya Bekhem ilə üç oğlu və Harper Seven adlı bir qızı var. Evin sonbeşiyi də məhz elə odur.

İyulun 10-da Harperin 10 yaşı tamam olacaq. Bu gün isə onun atası qızının yeni şəklini “Instagram”da paylaşıb.

Qeyd edək ki, Harper sosial şəbəkənin ən gənc influnserlərindən biridir.

Hazırda o, Britaniyadakı ailə mülkündə yaşayır.