Azərbaycanda gənci sel apardı
09:40 07-06-2021 388
Şəki şəhərində 1996-cı il təvəllüdlü şəxsi sel aparıb.
Bu barədə HerGun.Az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.
Kiş kəndin sakini Əhmədov Şamil Azər oğlu Qurucana çayını keçən zaman oraya düşüb və güclü sel onu aparıb.
Onun meyiti çaydan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
İlhamə Əbülfət