Balakəndə oğru pulu geri qaytardı: Şeytan məni aldatdı

17:36 12-02-2019 6

Balakən rayon sakini Sabir Teliyev Balakən rayon Polis Şöbəsinə müraciət edərək evindən 49 min ABŞ dollarının oğurlandığını bildirib.

HerGun.Az-ın məlumatına görə, Balakən rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən pulu oğurlayan şəxs və şəxslərin tapılması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Lakin bir müddət sonra Sabir Teliyev hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, fevralın 7-də, axşam saatlarında onun yaşadığı evin pəncərəsindən naməlum şəxs və ya şəxslər bir torba atıblar.

Həmin torbada 29 min dollar və manat olub. Müəyyən olunub ki, oğurlanan pul dörd min manata yaxın əskik geri qaytarılıb. Torbada pullarla yanaşı, daha əvvəl həmin evdən oğurlanan zinət əşyaları da olub.

Bundan əlavə, həmin torbaya “Şeytan məni aldatdı” yazısı olan məktub da qoyulub.

Hazırda pulları oğurlayan şəxs və ya şəxslərin müəyyən olunub saxlanılması istiqamətində tədbirlər davam etdirilir.

Məlumata görə, pulların bir qismi Sabir Teliyevin Rusiyada yaşayan qardaşına məxsus olub. Oğurlanan pullar həmin qardaşındır.

İlhamə Əbülfət

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar