Türkiyə nəhənglərinin nümayəndələri Bakıda - FOTO

18:00 12-02-2019 4

Bu gün Bakıda Avropa Klublar Birliyinin (ECA) regional iclası keçirilib. 

HerGun.Az xəbər verir ki, “Qarabağ” Futbol Klubunun təşəbbüsü ilə paytaxtımızda baş tutan iclasda Türkiyə (“Beşiktaş”, “Fənərbaxça”, “Başakşəhər”), İsrail (“Makkabi” Hayfa, “Makkabi” Təl-Əviv) və Rusiya (“Zenit”, ÇSKA, “Lokomotiv”), Moldova (“Zimbru”, “Daçiya”), Belarus (“Dinamo”), Litva (“Jalqiris”) və Azərbaycan (“Neftçi”, “Qəbələ” və “Qarabağ”) klublarının nümayəndələri iştirak edib. 

İclasda 2021-2024-cü illərdə baş tutacaq yarışların reqlamenti və keçirilməsi, Avropa Liqası-2 turnirinin mahiyyəti müzakirə olunub. 

Qeyd edək ki, “Neftçi”nin prezidenti Kamran Quliyev, eləcə də “Qarabağ” və “Qəbələ”nin baş menecerləri – Asif Əsgərov və Zaur Əzizov ECA-nın İşçi Qrupunun büro üzvləridir.

Martın 25-də Hollandiyanın paytaxtı Amsterdamda isə ECA-nın Baş Assembleyası keçiriləcək. Orada regional iclasda səsləndirilən fikirlər ümumiləşdiriləcək və daha sonra UEFA-ya təqdim olunacaq.

Səbuhi MUSAYEV

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar