“Neftçi” seneqallı müdafiəçi ilə müqavilənin müddətini uzatdı

01:40 08-06-2021 446

“Neftçi” futbol klubu seneqallı mərkəz müdafiəçisi Mamadu Mbodj ilə müqavilənin müddətini daha 2 il uzadıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, klub müdafiəçi ilə 2018-ci ilin dekabrında 2,5 illik müqavilə bağlamışdı.

Bundan əvvəlki klubu “Jalgiris” (Litva, 2016-2018) olan Mbodj “Dakar Sakre Kour” (Seneqal, 2011-2014), “Srvena Zvezda” (Serbiya, 2014-2016), "Napredak” (Serbiya, 2014) komandalarında da çıxış edib. “Jalgiris”lə Litva çempionatının (2016), kubokunun (2015/2016, 2016) və Super Kubokunun (2016, 2017) qalibi olan futbolçu Seneqalın U-20 və U-23 milli komandalarının da şərəfini qoruyub.