“Zenit” İstanbuldan əliboş qayıdır - VİDEO

00:18 13-02-2019 14

İstanbulda Avroliqanın 1/32 final mərhələsinin “Fənərbaxça” – “Zenit” oyunu keçirilib.

HerGun.Az xəbər verir ki, qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.

Oyunda yeganə qolun (21-ci dəq.) müəllifi “Fənərbaxça”nın əlcəzairli legioneri İslam Slimani vurub.   

44-cü dəqiqədə qonaqlar hesabı bərabərləşdirmək şansı qazansalar da, Robert Mak penaltini dəqiq vura bilməyib.

Qeyd edək ki, digər oyunlar fevralın 14-15-də keçiriləcək.

   Sail Ağasəlim

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar