“Financial Times”: Martda Rusiyanı yeni sanksiyalar gözləyir

10:27 13-02-2019 7

2018-ci ilin noyabr ayında Kerç boğazında baş vermiş insidentlə əlaqədar ABŞ və Avropa ittifaqı Rusiya hökumətinə qarşı yeni sanksiyaların qəbulu ilə bağlı razılığa gəlib.

Bu barədə “Financial Times” məlumat yayıb.

Nəşrin məlumatına görə, sanksiya məsələsi gələn bazar ertəsi Avropa İttifaqı Xarici işlər nazirlərinin toplantısında daha ətraflı müzakirə olunacaq. Yeni mədhdudlaşdırıcı ölçülərin martın sonunda qəbul olunacağı gözlənilir.

“Yeni ölçülər növbəti iki ay ərzində tətbiq oluna bilər”, - deyə nəşr bildirib.

Nəşrin məlumatına görə, Avropa İttifaqının bütün üzv dövlətləri Moskvaya qarşı yeni sanksiyaları dəstəkləyəcək. Məhdudlaşdırıcı ölçülərin nələrdən ibarət olacağı açıqlanmır

Bu arada, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya Moskvanın bu cür bəyanatlara artıq əhəmiyyət vermədiyini dilə gətirib.

Britaniya mətbuatının yaydığı məlumata görə, yeni sanksiyalara noyabr ayında Kerç boğazında rusiyalı hərbçilərin ukraynalı dənizçiləri saxlaması səbəb olub.

Rusiya mətbuatına əsasən, noyabrın sonunda “Ukrayna hərbi gəmiləri Rusiyanın su ərazilərinə daxil olub” və sərhədçilərin “dayan” əmrinə tabe olmayıb. Nəticədə, əməliyyat keçirilərək, həmin dənizçilər saxlanılıb. Moskva həmin insidenti təxribat kimi qiymətləndirmişdi.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar