Kişinin burnuna yumruq vurub, pulunu oğurladı

11:00 13-02-2019 7

Xocəsən qəsəbə sakini N.İsmayılov Binəqədi RPİ-nin 40-cı Polis Bölməsinə müraciət edərək, fevralın 11-də qəsəbə ərazisindəki kafelərin birində naməlum şəxsin onun sifətinə yumruqla vuraraq, 500 manatını aldığını bildirib. 

DİN mətbuat xidmətindən HerGun.Az-a verilən məlumata görə, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini T.Təmirazov qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır. 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar