Hövsan sakininin evindən 28 kiloqram marixuana tapıldı

11:54 13-02-2019 8

Hövsan qəsəbə sakini 5 qram marixuana satarkən yaxalanıb.

DİN mətbuat xidmətindən HerGun.Az-a verilən məlumata görə, S. Əmirov adlı şəxs Bakı Şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdiyi əməliyyatla ələ keçib. 

Axtarış zamanı ondan əlavə 5,5 qram marixuana aşkarlanıb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən əlavə olaraq çəkisi 28,4 kiloqram marixuana aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. 

Qeyd edək ki, S.Əmirov əvvəllər də oğurluq və narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunub.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar