Polislər yanan evdən qızılını çıxarmaq istəyəni xilas etdilər - FOTO

13:00 13-02-2019 5

Şirvan Şəhər Polis Şöbəsinin Post Patrul Xidmətinin əməkdaşları - polis leytenantı Toğrul Qanbayev və polis serjantı Tural Şəmmədov şəhər ərazisindəki evlərdən birində baş verən yanğın zamanı xəsarət alan şəxsin həyatını xilas ediblər. 

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Şəhər sakini Zaur Qədirov yuxudan ayılan zaman evinin yandığını görüb. O, ailəsini evdən çıxardıqdan sonra yenidən mənzilə qayıdıb, qızıl-zinət əşyalarını və pulu çıxarmaq istəyib. Ancaq otağın tavanı çökdüyü üçün evdən çıxa bilməyib. 

Əllərindən və üzündən yanıq xəsarəti alan Z.Qədirovu evdən polis əməkdaşları çıxarıb. Polislər ev sahibini huşsuz vəziyyətdə Şirvan şəhər mərkəzi xəstəxanasına çatdırıblar.

Verilən məlumata görə, hazırda Zaur Qədirov xəstəxanada müalicə alır və vəziyyəti stabil olaraq qalır. 

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar