Cəlilabadda üç uşaq suda boğularaq ölüb

21:20 08-06-2021 407

Cəlilabadda bədbəxt hadisə olub.

HerGun.Az-ın məlumatına görə, hadisə Gülməmmədli kəndində baş verib. 

Suvarma üçün olan su bəndinin yanında şəkil çəkdirən 3 azyaşlı oğlan suya yıxılaraq boğulub. 
İlkin məlumata görə, ölənlərdən ikisi 14-15 yaşlı qardaşlar olub, digəri isə 7 yaşlı qohumları olub. 

Hazırda uşaqların cəsədlərinin sudan çıxarılması və kimliklərinin müəyyənləşdirilməsi istiqamətində tədbirlər görülür.