“Damdayatan Nizam”ın qızına hökm oxundu

16:45 13-02-2019 27

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində narkotik vasitələrin dövriyyəsində təqsirləndirilən Şəms Səmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

HerGun.Az xəbər verir ki, hakim Ramella Allahverdiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Hökmə əsasən, Ş.Səmədova 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. 

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinərək saxlanılan Şəms Səmədovanın evində aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində onun satdığı narkotik vasitənin əvəzində bacısından aldığı beş ədəd mobil telefon və 1020 manat pul, eləcə də, T.Qasımovdan aldığı 12 ədəd mobil telefon, habelə narkotik vasitələrin qanunsuz dövriyyəsindən əldə etdiyi 2340 manat pul aşkar olunaraq polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb.

Ş.Səmədovanın atası “Damdayatan Nizam” ləqəbi ilə tanınan Nizam Quliyev və nənəsi Məsmə Quliyeva da “Kubinka” adlanan ərazidə vaxtilə narkotik ticarəti ilə məşğul olublar.

Etibar Məmmədov

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar