Ermənistan XİN ABŞ-ı qəzəbləndirən məsələyə reaksiya verdi

00:00 14-02-2019 19

Ermənistan Xarici İşlər Nazirliyi ABŞ Dövlət departamentinə cavab verib. 

Sputnik Armenia” agentliyinin məlumatına görə, Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan Vaşinqtonun Ermənistanın Suriyadakı humanitar missiyası ilə bağlı iradına cavab olaraq Yerevanın ABŞ-ın müvafiq bəyanatını nəzərə aldığını bildirib. 

Bununla yanaşı o qeyd edib ki, Ermənistan Suriyada etnik və dini azlıqlarla bağlı vəziyyəti nəzərə alaraq humanitar yardım məsələsinə xüsusi önəm verir. 

Qeyd edək ki, ABŞ-ın Yerevandakı səfirliyi bu gün ABŞ Dövlət departamentinin bəyanatını yayıb. Bəyanatda bildirilir ki, Vaşinqton Ermənistanın Suriyadakı humanitar missiyasını dəstəkləmir. 

“Biz istər mülki şəxslərə yardım, istər də hərbi məqsədlər üçün Suriya ordusu ilə əməkdaşlığı dəstəkləmirik. Həmçinin bu missiyanın yerinə yetirilməsi üçün Ermənistan və Rusiyanın əməkdaşlığını dəstəkləmirik”, - deyə bəyanatda vurğulanıb.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar