Əli Hüseynli: Cənubi Qafqazın ən böyük rus icması Azərbaycandadır

11:54 14-02-2019 3

Biz fəxr edirik ki, Cənubi Qafqazın ən böyük rus icması məhz Azərbaycandadır.

HerGun.Az xəbər verir ki, bunu Milli Məclisin (MM) Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupunun həmsədri Əli Hüseynli deyib.

Azərbaycan və Rusiya prezidentləri İlham Əliyevlə Vladimir Putin arasında dostluq münasibətlərinin ölkələrimiz arasında əlaqələrin inkişafında xüsusi rolunu vurğulayan komitə sədrinin sözlərinə görə, bu, həm də iki ölkənin parlamentlərinin qarşılıqlı əməkdaşlığına öz töhfələrini verir.

Komitə sədri qeyd edib ki, bu gün Azərbaycan və Rusiya xalqları həm də mədəniyyət xadimlərinin səyləri sahəsində daha çox yaxınlaşır.

“Bu məsələdə diasporlarımızın rolunu xüsusi qeyd etmək istərdim. Milli Məclisdə rus icması təmsil olunur. Biz fəxr edirik ki, Cənubi Qafqazın ən böyük rus icması məhz Azərbaycandadır”, - deyən komitə sədri birgə tədbirlərin, o cümlədən, Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyətini vurğulayıb.

Kamil HƏMZƏOĞLU

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar