Bakıda zəncirvari yol qəzası olub, xəsarət alanlar var - FOTO

23:00 09-06-2021 361

Paytaxtda yol qəzası baş verib.

HerGun.Az xəbər verir ki, Xətai rayonu, Zığ şosesində üç avtomobil toqquşub.

Qəzaya uğrayan avtomobillərdən biri sonradan velosipedə çırpılıb.

Hadisə nəticəsində şəxsiyyəti hələlik məlum olmayan bir neçə nəfərin xəsarət aldığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.