ABŞ-ın “əbədi” prezidentliyə namizədi öldü

14:36 14-02-2019 4

1976-2004-cü illər ərzində Birləşmiş Ştatlarda keçirilən bütün prezident seçkilərində namizəd qismində iştirak etmiş Lindon Laruş-kiçik 96 yaşında vəfat edib.

Bu barədə “Associated Press” məlumat yayıb.

Maraqlıdır ki, fəaliyyəti dövründə Laruş bir neçə dəfə siyasi baxışlarını dəyişərək, fərqli siyasi qüvvələri seçkilərdə təmsil edib. 1990-cı ildə Virciniya ştatından Konqresə düşməyə çalışıb, 1992-ci ildə isə dəmir barmaqlıqlar arxasında olduğu halda, prezident seçkilərində iştirak edib (vergidən yayındığına görə 15 il müddətinə azadlıqdan məhrum ediləsə də, altı ildən sonra sərbəst buraxılıb).

O, müxtəlif məşhur sui-qəsd nəzəriyyələrinin çarçılarından olub. Məsələn, Laruş insanları inandırmağa çalışırdı ki, HİV-in bu qədər geniş yayılmasında Beynəlxalq Valyuta Fondu təqsirlidir və ya həmin dönəmin (ABŞ) dövlət katibi Henri Kissincer SSRİ-nin agenti olub, Britaniya kraliçasının  isə qlobal miqyasda narkotik vasitələrin alverində və qaçaqmalçılığında əli var.

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar