Şimal dənizindən 182 santimetr uzunluqda nəhəng balıq tutulub - FOTO

02:20 12-06-2021 463

Şotlandiyada balıq alverçisi 182 santimetr uzunluğunda pisi balığını satışa çıxarıb.

“Mail Online” xəbər verir ki, 77 kiloqram ağırlığı olan balığı Şimal dənizindən tutublar.

Edinburqda yerləşən məşhur “Merienda” restoranının sahibi Kempbell Mikel balığın fotosunu sosial şəbəkələrdə paylaşıb.

Onun sözlərinə görə, pisi balığı adətən təxminən 10-14 kiloqramdan artıq çəkiyə malik olmur.

K. Mikel qeyd edib ki, onlar artıq balığı hissələrə ayıraraq restorana göndəriblər.

“Bu həftə menyuda nə olacağı artıq hamıya aydındır”, - “Merienda” restoranının sahibi qeyd edib.