Roma üzərindən uçan “Boeing”in mühərriki partladı, qırıqları şəhərə səpələndi – VİDEO

06:18 12-08-2019 526

İtaliyada “Norwegian Air” aviaşirkətinə məxsus “Boeing 787” təyyarəsinin uçuş zamanı mühərriki partlayıb.

Life”ın yaydığı məlumata görə, Los-Ancelesə uçan təyyarə Romanın Fyumiçino hava limanından göyə qalxıb. Lakin mühərriklərinin birində problem üzə çıxdıqdan sonra təyyarə hava limanına qayıtmalı olub.

Bu zaman mühərrikdə partlayış baş verib və onun qırıqları şəhər üzərinə və insanlarla dolu olan çimərliklərə tökülüb. Hadisə nəticəsində evlərin və maşınların damlarına ziyan dəyib. Xoşbəxtlikdən daha ciddi fəsadlar yaranmayıb.