Bayram və matəm arasında: Qüdsdə müsəlmanlarla yahudilər arasında toqquşma baş verdi – VİDEO

06:54 12-08-2019 507

Qüdsün Məbəd dağında Qurban bayramıni qeyd etməyə toplaşan müsəlmanlarla yahudilər arasında toqquşma baş verib.

The Jerusalem Post” xəbər verir ki, ibadətgahın önünə toplaşan yahudilərlə müsəlmanlar arasında mübahisə yaranıb.

Bunun qarşısını almaq üçün işə polis müdaxilə edib. Hüquq-mühafizə əməkdaşları kütləni dağıtmaq üçün işıq sacan qumbaralardan istifadə ediblər.

Hadisələr nəticəsində 60-dan cox insan xəsarət alıb.

“The Jerusalem Post” bildirir ki, bu il Qurban bayramı yahudulərin “9 av” matəm günü ilə üst-üstə düşüb: hər iki məşhur yahudi məbədinin dağıdılması tarixin məhz bu gününə təsadüf edir. Bu münasibətlə yəhudi təşkilatları Məbəd dağına giriş istəsədə orada müsəlmanlarında olacağı nəzərə alınaraq buna icazə verilməyib.

Lakin İbadətgah önünə toplaşan yahudilərlə bayrama gələn müsəlmanləarr arasında çaxnaşma düşüb. Polisin müdaxiləsindən sonra aranı sakitləşdirmək mümkun olub.