Foto üçün burnunu sındırdı: Salahdan daha bir gözəl hərəkət – FOTO

08:18 12-08-2019 7

Kumirinin diqqəti cəlb etmək istəyən uşaq işıq dirəyinə çırpıldı.

“Liverpulun” 11 yaşlı azarkeşi Luis Fauler 10 yaşlı qardaşı İsaakla birlikdə lbun futbolçuları şəkil çəkmək istəyib. Uşaqların atalığı Co Kuper “Liverpool Echo”ya bildirib ki, onların evi klubun təlim bazası ilə üzbəüzdü.

Avqustun 10-da Luis bazanı öz maşını ilə tərk edən Məhəmməd Salahı görüb və onun arxasıyca qaçıb. Təqibin sonunda uşaq əvvəlcə görmədiyi işıq dirəyinə şırpılıb və burnunu sındırıb.

Hadisəni görən Salah maşının geri döndərib və uşağın vəziyyəti ilə maraqlanıb. O, həmçinin hər iki qardaşla arzu etdikləri şəkili çəkdirib.