Videomontaj studiyasını qarət etdilər, oğrular axtarılır

10:45 12-08-2019 423

Qubada oğurluq faktı qeydə alınıb.

HerGun.Az-ın bölgə müxbiri xəbər verir ki, gecə saatlarında Qubada fəaliyyət göstərən videomontaj studiyasından 1200 manata yaxın pul oğurlanıb.

Obyekt sahibi hadisədən xəbər tutduğu an polisə müraciət edib.

Faktla bağlı Quba Rayon Polis şöbəsində araşdırmalar aparılır. 

Tehran  Orucoğlu