“Mercedes”dən 10 min manatlıq qızıl və gümüş oğurladı - VİDEO

13:27 12-08-2019 734

Masallıda avtomobildən 10 min manatlıq zinət əşyaları oğurlanıb. 

Bakı şəhər sakini Əfqan Quliyev Masallı Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, rayon ərazisində onun “Mercedes” markalı avtomobilindən oğurluq edilib. Naməlum şəxs maşının sahibinə məxsus ümumvətəndaş pasportu, mobil telefon aksesuarı və 10 min manat dəyərində qızıl və gümüş əşyalar oğurlayıb.

Masallı polisinin həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunub ki, həmin oğurluq hadisəsini Saatlı rayon sakini Nurlan Səmədov törədib. Masallı Rayon Polis Şöbəsinin əməkdaşları əvvəllər məhkum olunmuş N.Səmədovu Bakı şəhərində saxlayaraq istintaqa cəlb ediblər.

Hazırda fakta görə Masallı Rayon Polis Şöbəsində cinayət işi üzrə istintaq davam etdirilir.