Türkiyənin cənubunda dörd PKK terrorçusu öldürülüb

06:09 13-08-2019 526

Türkiyənin Hakkari vilayətində, Yüksəkova ərazisində 4 PKK terrorçusu məhv edilib.

Anadolu” xəbər verir ki, əməliyyat ölkənin cənub-şərqində kəndli ərazilərdə baş tutub. Burada terrorçulara qarşı əməliyyatlarda jandarm qüvvələrindən istifadə olunur.

Qeyd olunur ki, PKK terrorçuları 2015-ci ildən hücumlarını bərpa ediblər. Türkiyədə bu vaxtdan indiyə kimi 500 dinc sakin və 800 nəfər təhlükəsizlik qüvvələrinin əməkdaşları həlak olub. Hərbi əməliyyatlar zamanı 10 min PKK terrorçusu zərərsizləşdirilib.