“Binə” ticarət mərkəzində yanğın

09:00 13-08-2019 469

“Binə” ticarət mərkəzində yanğın qeydə alınıb.

HerGun.Az xəbər verir ki, səhər saatlarında ayaqqabı mağazasında yanğın başlayıb.

Yanğının səbəbləri barədə heç bir məlumat verilmir.

Şahidlərin dediyinə görə, hazırda hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinin bölmələri yanğının qarşısını almağa çalışır.