Ronaldo Messidən nə ilə fərqləndiyini açıqladı

16:45 13-08-2019 766

Portuqaliya yığmasının və “Yuventus” klubunun hücumçusu Kriştiano Ronaldo “Barselona”nın argentinalı forvardı Lionel Messi ilə arasındakı əsas fərqin nədən ibarət olduğunu açıqlayıb.

34 yaşlı portuqaliyalı hesab edir ki, iki oyunçu arasında fərq özünün Çempionlar Liqasını müxtəlif komandalarla qazanmasıdır:

“Mən Çempionlar Liqasında ardıcıl altı mövsüm bombardir olmuşam. Dünyada mənim kimi Çempionlar Liqasını beş dəfə qazanmış az sayda oyunçu var”.