Daşkəsən polisi karantin rejimi ilə bağlı reyd keçirib

02:40 18-07-2021 465

Daşkəsəndə karantin rejimini pozan şəxslər aşkarlanıb.

HerGun.Az xəbər verir ki, Daşkəsən rayon Polis Şöbəsinin Dövlət Yol Polis Bölməsinin əməkdaşları karantin rejimi ilə əlaqədar rayon ərazisində həm profilaktiki həm də reyd xarakterli tədbirlər həyata keçirib.

Təşkil edilən reydlər zamanı karantin rejiminin tələblərini pozan, tibbi maska və digər zəruri tədbirlərə laqeyd yanaşan sürücü və sərnişinlər aşkarlanaraq barəsində müvafiq qanunlara uyğun olaraq tədbirlər görülüb.