Afrikanın qərbində quş qripi təhlükəsi: Altı mindən çox ev quşu məhv edilib

06:00 18-07-2021 333

Qanada aidiyyatı hökumət qurumları ölkənin üç bölgəsində quş qripi xəstəliyinin yayıldığı barədə məlumat yayıb.

“Bloomberg” agentliyi bu barədə Qananın Kənd Təsərrüfatı və Qida Nazirliyinin baytarlıq xidmətinin direktoruna istinadən xəbər yayıb.

Məlumatda qeyd olunur ki, xəstəlik ölkənin kənd təsərrüfatı sektorunun bir hissəsi olan quşçuluğa böyük ziyan vura bilər.

Artıq Qanada quş qripi nəticəsində altı min quş təlaf olub. Ölkə daxilində ev quşlarının qripin yayıldığı bölgələrdə yerdəyişməsi qadağan edilib.

Həmçinin Nigeriya, Toqo və bir sıra digər ölkələrə quş idxalına qadağa qoyulub.