Bakıda 18 yaşlı gəlin itkin düşüb - FOTO

18:27 14-03-2019 20

Bakıda gənc qadın evdən çıxıb və bir daha geri qayıtmayıb.

HerGun.Az-ın məlumatına görə, Sabirabad rayonunda qeydiyyatda olan, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 8-i gecə saatlarında Sabunçu rayonu ərazisində itkin düşüb.

Yaxınları bildiriblər ki, qadın gecə saatlarında evdən çıxıb.

Hadisə ilə bağlı qadının həyat yoldaşı polisə müraciət edib.

Faktla bağlı araşdırma başladılıb.

Könül Cəfərli