Boris Conson təcrid edilib

16:00 18-07-2021 456

Britaniyada Səhiyyə Naziri Sacid Cavidin sosial mediada koronavirusa yoluxmasını bəyan etməsindən sonra onunla yaxın təmasda olan şəxslərin təcrid edilməsi gündəmə gəlib.

“TRT Haber” məlumat verir ki, məhz bu səbəbdən krallığın Baş naziri Boris Consonun karantinə alınması barədə qərar qəbul edilib. Onunla birlikdə hökumət üzvlərindən maliyyə naziri Rişi Sunak da təcrid olunacaq.

Hər ikisinin bugünlərdə Cavidlə təmasda olduğu bildirilib.

Qeyd olunub ki, nazirlərin karantin müddəti 10 gün davam edəcək.