15 yaşlı qız özünü 16-cı mərtəbədən atdı

10:02 15-03-2019 17

Bakıda Yasamal rayonunda intihar hadisəsi baş verib.

Hergun.az Oxu.az-a istinadən xəbər verir ki, rayonun Əhməd Cavad 45 A ünvanında 15 yaşlı qız özünü 17 mərtəbəli binanın 16-cı mərtəbəsindən ataraq intihar edib.

2003-cü il təvəllüdlü, 11-ci sinif şagirdi MirFatimənin liseydə təhsil aldığı, həmin evdə ailəsi ilə birgə kirayədə qaldığı bildirilir. Gənc qızın hansı səbəbdən intihar etməsi hələlik məlum deyil.