Rusiyalı qadın Türkiyədə maşın altında qalıb öldü

00:40 19-07-2021 282

Türkiyədə yol nəqliyyat hadisəsi nəticəsində rusiyalı qadın ölüb.

Bu barədə Rusiya KİV-i məlumat yayıb.

Məlumata görə, hadisə İsmirdəki Atatürk parkında baş verib. Avtomobil əslən Yekaterinburqdan olan, lakin ailə həyatı quraraq, xeyli müddətdir Türkiyədə yaşayan Svetlana Akına çırpılıb.   

Qadın dərhal xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Aldığı çoxsaylı xəsarətlər səbəbindən rusiyalı xanım həlak olub.

Faktla bağlı cinayət işi açılıb. Qəza törədən avtomobilin sürücüsü artıq saxlanılıb.