İdmançılarımız son bir ildə 753 medal qazanıb - RƏSMİ

13:36 15-03-2019 17

Ölkəmizə turist axınının artması bu sahənin inkişafından xəbər verir.

HerGun.Az xəbər verir ki, bunu Baş nazir Novruz Məmmədov Milli Məclisdə Nazirlər Kabinetinin 2018-ci il üzrə hesabatını təqdim edərkən deyib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda səhiyyənin inkişafına, tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsinə, müasir avadanlıqlarla təmin edilməsinə böyük diqqət ayrılıb, 47 tibb müəssisəsində təmir-tikinti işləri aparılıb.

O, turizm sahəsinin inkişaf etdiyini də diqqətə çatdırıb: 

“Ötən il ərzində Azərbaycana gələn xarici turistlərin sayının artaraq 2,8 milyon nəfərə çatması bu sahənin inkişaf etməsindən xəbər verir”.

Ötən il idmançılarımızın böyük uğurlar qazandığını xatırladan,  2018-ci ildə ölkəmizdə 58 beynəlxalq yarışın keçirildiyini diqqətə çatdıran baş nazir idmançılarımızın 236 beynəlxalq turnirdə iştirak etdiyini, 263-ü qızıl olmaqla 753 medal qazandığını bildirib.

Kamil HƏMZƏOĞLU