Akif Əli vəzifəsindən azad edildi

13:36 15-03-2019 18

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri Akif Əli vəzifəsindən azad edilib.

Akif Əli HerGun.Az-a açıqlamasında məlumatı təsdiq edib:

“Mən öz istəyimlə işdən çıxmışam. Baş nazir Novruz Məmmədova təqaüdə göndərilməyim barədə müraciət etdim. Baş nazir müvafiq qərar verdi və işdən azad olundum”.

Akif Əli qeyd edib ki, artıq yaradıcılıqla məşğul olacaq.

Qeyd edək ki, Akif Əlinin təqaüdə göndərilməsi barədə ilk xəbəri Modern.az yayıb.

İlhamə Əbülfət