PSJ-nin növbəti hədəfi Ronaldudur?

15:20 19-07-2021 336

PSJ və Madrid “Real”ı arasında səs-küylü futbolçu mübadiləsi baş verə bilər.

Bu barədə “L'Equipe” nəşri məlumat yayıb.

Mənbə iddia edir ki, “Yuventus” Kriştiano Ronaldunu PSJ-nin hücumçusu Mauro İkardi ilə dəyişdirə bilər.

Xatırladaq ki, K. Ronaldu 2018-ci ildən bəri “Yuventus”da top qovur.

36 yaşlı portuqaliyalı forvard ötən mövsüm 29 qolla İtaliya çempionatının bombardiri olub.

K.Ronaldunun Turin klubu ilə müqaviləsi 30 iyun 2022-ci il tarixində bitir.