DİN, DTX və DSX-dən əməliyyat

12:36 16-03-2019 8

Cəlilabad sakinindən külli miqdarda narkotik götürülüb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Məlumata əsasən, Cəlilabad Rayon Polis Şöbəsi, Dövlət Təhlükəsizliyi Xidmətinin rayon şöbəsi və Dövlət Sərhəd Xidmətinin Göytəpə sərhəd dəstəsi əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Uzuntəpə kənd sakini Ə.Baxşiyevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil şəhər ərazisində saxlanılıb. 

Nəqliyyat vasitəsinin salonundan çəkisi 1 kiloqram olan heroin aşkar edilərək götürülüb. 

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə onun yaşadığı evdən isə əlavə olaraq 7 kiloqram 375 qram heroin, 5 kiloqram 135 qram tiryək, 815 qram metamfetamin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb. 

İlhamə Əbülfət