“Facebook”dan Yeni Zelandiyadakı terrorla bağlı 1,5 milyon video silindi

09:27 17-03-2019 8

“Facebook” sosial şəbəkəsi Yeni Zelandiyada məscidlərə hücumu əks etdirən 1,5 milyon videonu sildiyini bəyan edib.

Bu barədə “Facebook”un “Twitter”dəki səhifəsində yer alan məlumatda bildirilir.

Qeyd olunur ki, silinən videolardan 1,2 milyon videonun təkrar yüklənməsinin qarşısı alınıb.

“Facebook”un Yeni Zelandiyadakı nümayəndəliyinin rəhbəri bildirib ki, sosial şəbəkə videoların silinməsi ilə bağlı qərarı hadisə qurbanlarının qohumlarına hörmət əlaməti olaraq qəbul edib.