Hindistanda koronavirusa son dörd ayın minimal yoluxma göstəricisi qeydə alındı

09:00 21-07-2021 480

Hindistanda ötən sutka ərzində koronavirusa 30093 yeni yoluxma qeydə alınıb.

Bu barədə “İzvestiya” yazıb.

Sözügedən rəqəm son 4 ay üçün minimal göstərici kimi yadda qalıb. Son 24 saatda ölkədə koronavirusdan 374 nəfər ölüb. Sutkalıq ölüm sayında da martın 31-dən bu yana ən aşağı göstərici müəyyən edilib.