Bakıda itkin düşmüş qadın tapıldı

14:18 17-03-2019 15

Martın 8-də paytaxtın Sabunçu rayonu ərazisində itkin düşən qadın tabılıb. 

Bu barədə HerGun.Az-a qadının yaxınları məlumat verib. 

Bildirilir ki, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 16-da axşam saatlarında Sabunçu rayonunda yaşadığı məhəllədəki evlərin birində tapılıb. 

S. İsmayılova valideynlərinə təhvil verilərək Sabirabad rayonuna yola salınıb. 

Qeyd edək ki, S. İsmayılova martın 7-dən 8-nə keçən gecə yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. 

Könül Cəfərli