Avtomobil boruya çırpıldı, iki kənd qazsız qaldı - FOTO

14:00 14-08-2019 9

Qusar rayonunun Balaqusar və Həsənqala kəndləri istiqamətində istismarda olan qaz xəttini maşınla vurub zədələyiblər.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.

Bildirilib ki, dünən saat 16:50-dən həmin ərazinin qaz təchizatı dayandırılıb.

Təmir-bərpa işləri müddətində ümumilikdə 615 abonentin qaz təchizatında fasilə yaranıb.