Ramzan Kadırov düşmənləri haqda danışdı

03:27 15-08-2019 530

Çeçenistanın rəhbəri Ramzan Kadırov özünün və xalqının düşmənləri haqda danışıb.

RBK xəbər verir ki, jurnalist Ruslan Qurbanova verdiyi müsahibədə Çeçenistan lideri sərt bəyanatlarla çıxış edib.

O, Dağıstanda etiraza səbə olan şeyx Şamil haqda sözlərinin düzgün təfsir olunmadığını bildirib:

“Mənim sözlərimi düzgün çatdırmayanlar bizim düşmənimizdir. Mən onları satqın, şeytan, düyməcik qəhrəman adlandırıram”.

Kadırovun sözlərinə görə, düşmənlər haqqında deyəndə o Dağıstan camaatını nəzərdə tutmayıb.

“Mənə, atama, xalqıma qarşı nalayiq ifadələr işlədənləri nəzərdə tutmuşam. Onlar müsəlman deyil, şeyx Şamil davamşıları deyil, çünki yarıçılpaq qadınlarla şəkillərini yayırlar”, - deyə, Kadırov vurğulayıb.