Mane Superkubokun ən yaxşı futbolçusu seçildi

05:36 15-08-2019 476

UEFA Superkubokunun ən yaxşı oyunçusu məlum olub.

HerGun.Az xəbər verir ki, bu adı “Liverpul” klubunun hücumçusu Sadio Mane qazanıb.

O, İstanbulda keçirilən UEFA Superkuboku uğrunda “Liverpul”-“Çelsi” qarşılaşmasında 2 qola imza atıb.

Mane həmçinin Superkubokda qol vuran ilk seneqallı futbolçu kimi tarixə düşüb.

Qeyd edək ki, “Liverpul” əsas vaxtı 2:2 başa çatan görüşdə penalti seriyasında qələbə qazanıb.

Səbuhi Musayev